18 
Sen
2019
04:56
17
165
1854
Virtual karabakh

Dünyada miqrantların sayı 51 milyon artdı

18 Sen, 2019
04:56
1854

Dünyada miqrantların sayı 51 milyon artdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyadakı miqrantların sayı 272 milyon nəfərə çatıb.

Bu barədə "RİA Novosti" BMT-nın məlumatlarına istinadən xəbər verir.

2019-cu ilin məlumatlarına görə, ən çox beynəlxalq miqrant Avropadadır - 82 milyon. Şimali Amerikada 59 milyon, Şimali Afrika və Qərbi Asiyada 49 milyon miqrant var.

"Dünyadakı beynəlxalq miqrantların sayı 2019-cu ildə təqribən 272 milyona çatıb ki, bu da 2010-cu ildəkindən 51 milyon çoxdur. Hazırda beynəlxalq miqrantlar dünya əhalisinin 3,5%-ni təşkil edir. 2000-ci ildə bu rəqəm 2.8% idi", - deyə BMT-nın İqtisadi və Sosial İşlər Departamentinin məlumatında qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri