24 
Sen
2019
02:07
24
153
3896
Virtual karabakh

Tramp ona Nobel mükafatının verilməməsindən gileyləndi

24 Sen, 2019
02:07
3896

Tramp ona Nobel mükafatının verilməməsindən gileyləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp ona Nobel mükafatının verilməməsindən şikayətlənib.

“USA Today” xəbər verir ki, bu barədə o, Pakistanın baş naziri İmran Xanla görüşü zamanı bildirib.

"Əgər onlar onu vicdanla versəydilər, mən müxtəlif şeylər üçün Nobel mükafatı alardım, amma bunu etmirlər", - deyə Tramp jurnalistlərə bildirib.

Ağ Ev başçısı xatırladıb ki, sələfi Barak Obamaya 2009-cu ildə Nobel sülh mükafatı verilib.

"Onlar mükafatı Obamaya prezident postunu tutduqdan dərhal sonra verdilər və o özü anlaya bilmirdi, mükafatı nə üçün alıb. Və bilirsiniz nə var? Bu, Obamayla razı olduğum yeganə şeydir", - Tramp deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri