23 
Okt
2019
05:39
37
164
7477
Virtual karabakh

Rostovda çeçenlərlə gürcülər arasında münaqışə qanlı olayla bitdi - FOTO

23 Okt, 2019
05:39
7477

Rostovda çeçenlərlə gürcülər arasında münaqışə qanlı olayla bitdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Rostov vilayətində silahlı insident baş verib. 

Meduza” xəbər verir ki, Çernozubovka xutorunda fermalardan birində baş verən atışmada 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Məlumata görə, Batsiyevlər (çeçenlər) və Dakişvili (gürcülər) ailələri arasında münaqişə bir neçə il davam edib. Sonuncu epizod mal-qara üçün nəzərdə tutulmuş otlaq sahəsi ətrafında olub.

Haqq-hesabı çürütmək üçün təyin olunan görüşə ailə üzvlərindən 9-15 nəfər adam gəlib. Razılaşa bilməyən tərəflər silaha əl atıblar. 

Açılan atəş 5 nəfərin ölümünə səbəb olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Qalanları isə hadisə yerindən naməlum istiqamətdə qaçıb.

Polis münaqişə iştirakçılarından bəzilərinin fotoşəkillərini dərc edib. Onların axtarışları davam edir. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri