20 
İyl
2014
10:16
12
52
1366
Virtual karabakh

Ölən sərnişinlərin meyitlərinin hadisə yerindən çıxarılmasına başlanılıb

20 İyl, 2014
10:16
1366

Ölən sərnişinlərin meyitlərinin hadisə yerindən çıxarılmasına başlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT nümayəndə heyəti hadisə yerinə baş çəkib.

Vurulan “Boeing 777” təyyarəsinin sərnişinlərinin meyitləri hadisə yerindən çıxarılmağa başlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə hadisə yerindən “RİA Novosti”nin müxbiri bildirib.

Məlumata görə, Rassıpnoye və Petropavlovka kəndlərindən artıq bir neçə cəsəd çıxarılıb, hazırda Qrabovo yaşayış məntəqəsinin ərazisində olan meyitlər maşınlara yüklənir. Separatçılar meyitlərin bir hissəsini Donetsk şəhər morquna yerləşdirmək niyyətindədirlər, lakin meyitlər çox olduğundan digər şəhərləri də cəlb etmək planlaşdırılır. 

Bu gün hadisə yerində Donetsk vilayətinin 50-dək məhkəmə-tibbi eksperti çalışdığı bildirilir. ATƏT nümayəndə heyəti  hadisə yerinə baş çəkib. Onlar yerli sakinlər, xilasedicilər və həkimlərlə söhbət ediblər. Digər beynəlxalq təşkilatların nümayəndələri hadisə yerinə hələ ki gəlməyiblər.   

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri