25 
Okt
2019
21:50
271
120
16153
Virtual karabakh

Nurməhəmmədovun atası Makqreqorun qaldığı hotelə toplaşan dağıstanlılara haqq qazandırıb

25 Okt, 2019
21:50
16153

Nurməhəmmədovun atası Makqreqorun qaldığı hotelə toplaşan dağıstanlılara haqq qazandırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MMA döyüşçüsünün atası və məşqçisi Abdulmanap Nurməhəmmədov irlandiyalı Konor Makqreqorun qaldığı hoteldə toplanan dağıstanlıları tərifləyib. Bu barədə “Telegram” xəbər verir.

Nurməhəmmədov Rusiyada əsl kişilərin çox olduğunu söyləyib:

“Qorxaq insanlar bu ərazidə məskən salmır. Belə ölkəni tənqid etməkdənsə, onunla fəxr etməlisən”. Makqreqorun dağıstanlıları qorxaq adlandırmasını Nurməhəmmədov təxribat hesab edib. Bundan əlavə, o, jurnalistləri irlandiyalını reklam etməməyə çağırıb.

Qeyd edək ki, Makqreqor mətbuat konfransında Nurməhəmmədovun onunla Rusiyada döyüşməkdən qorxduğunu və ümumiyyətlə, onun timsalında bütün dağıstanlıların qorxaq oduğunu deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri