27 
Okt
2019
21:10
308
38
13074
Virtual karabakh

Ərdoğan əl-Bağdadinin öldürülməsinə münasibət bildirdi

27 Okt, 2019
21:10
13074

Ərdoğan əl-Bağdadinin öldürülməsinə münasibət bildirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldürülməsinə reaksiya bildirib. 

Oxu.Az xəbər verir ki, Ərdoğan şəxsi “Twitter” hesabı vasitəsilə açıqlama verərək, bunu bir dönüş nöqtəsi olaraq dəyərləndirib. 

O, bunları yazıb: “Terrorçu liderin öldürülməsi terrorizmlə ortaq mübarizəmizdə dönüş nöqtəsidir. İŞİD, PKK/YPG tərəfindən ən çox zərər görən Türkiyə bu hadisəni məmnuniyyətlə qarşılayır. İttifaq ruhu içərisində terrorizmə qarşı dönməz mübarizənin bütün insanlara sülh gətirəcəyinə əminəm”. 

Qeyd edək ki, bu gün ABŞ hərbçilərinin Əbubəkr əl-Bağdadinin ödürməsi haqqında məlumat yayılıb. ABŞ Prezidenti Donald Tramp məlumatı təsdiqləyib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri