Noy
2019
23:44
298
61
5019
Virtual karabakh

Gözünün ağına döymə etdirən qız kor oldu

6 Noy, 2019
23:44
5019

Gözünün ağına döymə etdirən qız kor oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyada gözünə döymə etdirən gənc qıza müvəqqəti korluq diaqnozu qoyulub. Mətbuatda yayımlanan xəbərə görə, 24 yaşlı Amber Luke gözünün ağına döymə etdirdikdən sonra üç həftə boyunca görmə qabiliyyətini itirib.

Bədəninin hər yeri döymələrlə örtülü olan Luke göz ağının mavi olması üçün 40 dəqiqəlik prosedur etdirib. Lakin bundan sonra görmədiyi məlum olub. O, başına gələnləri belə şərh edib:

“Gözümə etdirdiyim prosedur doğru olmadığı üçün kor oldum. Üç həftə görmədim. Həqiqətən, çox qorxulu idi”.

Artıq gözə döymə kimi məsələlərdən uzaq duracağını deyən gənc qız 25 yaşına kimi başdan ayağa hər yerinə döymə etdirməyi planlaşdırıb. Hazırda onun bədənində 200 döymə var.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri