13 
Noy
2019
06:44
13
75
5550
Virtual karabakh

Pentaqon ABŞ üçün iki ən böyük təhlükəni açıqladı

13 Noy, 2019
06:44
5550

Pentaqon ABŞ üçün iki ən böyük təhlükəni açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Müdafiə Nazirliyi yenə də Rusiya və Çini iki ciddi təhlükə adlandırıb, bununla yanaşı, qurumun versiyasına görə, Çin ABŞ üçün “daha böyük təhlükə” yaradır.

TASS-ın məlumatına əsasən, bununla bağlı bəyanatı Pentaqonun mətbuat xidməti yayıb.

“ABŞ-ın Milli Təhlükəsizlik strategiyası böyük dövlətlərin rəqabətinin bərpa olunmasına əsaslanır. Çin və Rusiya ABŞ üçün ən ciddi iki təhlükədir. Sürətlə artan iqtisadiyyatı olan Çin daha böyük təhlükə yaradır”, - deyə məlumatda bildirilir.

ABŞ Müdafiə Nazirliyi qeyd edir ki, Pekin Milli Ordu deyil, Çin Kommunist partiyasının hərbi gücü olan Çin Xalq Azadlıq ordusuna, onun qüvvələrinin modernləşdirilməsinə, hərbi hazırlığın yaxşılaşdırılmasına və potensialın artırılmasına sərmayə yatırır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri