13 
Noy
2019
11:20
30
262
2266
Virtual karabakh

Livan prezidenti: Kim hakimiyyəti bəyənmirsə, ölkəni tərk etsin!

13 Noy, 2019
11:20
2266

Livan prezidenti: Kim hakimiyyəti bəyənmirsə, ölkəni tərk etsin!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Livanın paytaxtı Beyrutda əhali şəhərin əsas yollarını bağlayaraq etiraz edib.

Buna səbəb ölkə başçısı Mişel Avnın yerli televiziyaya verdiyi müsabibə olub.

“Problemlərinizi bildik, həlli üçün də bacardığımızı edərik, amma yolları bağlamaqla ölkə həyatını iflic edirsiniz. Kim hakimiyyətin siyasətini bəyənmirsə, ölkədən getsin!”

Bunun ardından insanlar ölkə başçısına və kürəkəni, Xarici İşlər naziri Cibran Basilə qarşı etiraz şüarları səsləndirərək yolları bağlayıblar.

Xatırladaq ki, oktyabrın 17-də Beyrutda çox sayda insanın iştirakı ilə etiraz aksiyası baş vermiş və etirazçılar əsas yolları bağlamışdı.

Etirazlara dövlətin sosial şəbəkələrə, o cümlədən, “Whatsapp”a vergi qoyması səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri