15 
Noy
2019
11:00
82
19
2180
Virtual karabakh

Kiprdə sevgilisini soyub qaçan azərbaycanlı haqqında qərar verildi

15 Noy, 2019
11:00
2180

Kiprdə sevgilisini soyub qaçan azərbaycanlı haqqında qərar verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhkəmə Kiprdə sevgilisini qarət edən azərbaycanlı haqqında qərar çıxarıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, məhkəmə qərarına əsasən, Ərman Şahın Kipr ərazisindən çıxması qadağan edilib, şəxsiyyət vəsiqəsi, pasportu və səyahət sənədlərini polisə təqdim edilib.

Eyni zamanda, o, 15 000 TL (4.422 AZN) məbləğində təzminat ödəyib və həftədə bir dəfə Polis İdarəsinə gəlməsi tələb edilərək sərbəst buraxılıb.

Xatırladaq ki, Qazimağusa şəhərində yaşayan Azərbaycan əsilli Səbinə Qasımova oktyabrın 15-də polisə müraciət edərək, 2019-cu ilin iyun ayında evindən qızıl əşyalarının oğurlandığını bildirib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Azərbaycan əsilli Ərman Şah olduğu müəyyən olunub və o, noyabrın 11-də polis tərəfindən tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri