18 
Noy
2019
04:38
268
140
4569
Virtual karabakh

ABŞ İrandakı etiraz aksiyalarını dəstəklədi

18 Noy, 2019
04:38
4569

ABŞ İrandakı etiraz aksiyalarını dəstəklədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ İran xalqının dinc etirazlarını dəstəkləyir və nümayişçilərə qarşı güc tətbiq olunmasını pisləyir.

RİA Novosti” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Stefan Qrişemin bəyanatında deyilir.

"Birləşmiş Ştatlar İran xalqının rejimə qarşı dinc etirazlarını dəstəkləyir. Biz nümayişçilərə qarşı tətbiq edilən, ölümlə nəticələnən güc tətbiqini və sərt məhdudiyyətləri pisləyirik" - Ağ Evin açıqlamasında qeyd edilir.

Xatırladaq ki, İranda etiraz aksiyaları benzinin qiymətinin qalxmasına reaksiya olub. Bildirilir ki, cümə günü aksiyanın gedişatında bir nəfər həlak olub. İran hökuməti nümayişlərin fonunda ölkədə internetin kəsiləcəyi barədə xəbərdarlıq edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri