18 
Noy
2019
10:40
9
442
6292
Virtual karabakh

Ata qızını satdı, pulunu fahişələrə xərclədi

18 Noy, 2019
10:40
6292

Ata qızını satdı, pulunu fahişələrə xərclədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Fujian şəhərində ata övladını sataraq əldə etdiyi pulu internetdə tanış olduğu qadınlara xərcləyib. 

Bu barədə “Daily Mail” məlumat yayıb. 

Kişi iddia edib ki, həyat yoldaşının yoxa çıxmasından sonra oğlunu və qızını tək böyütmək məcburiyyətində qalıb. Maddi imkanları tükənəndən sonra isə övladlarından yaxa qurtarmaq qərarına gəlib. 

İlin əvvəlində övladı olmayan şəxslər ataya müraciət edərək, onun uşaqlarını övladlığa götürmək istədiklərini bildiriblər. Fevral ayında baş tutan görüşdə ata qızını 80 min Yuan qarşılığında başqa şəxslərə satıb. 

May ayında uşağı övladlığa götürmüş şəxslər dövlət orqanlarına sənəd almaq üçün müraciət edərkən, rəsmilər qanunsuz sövdələşmədən xəbər tutublar.

Araşdırmalar nəticəsində məlum olub ki, uşağını satan ata əldə etdiyi pulu internet vasitəsilə tanış olduğu yüngül həyat tərzi sürən qadınlara xərcləyib. Ona və uşağı övladlığa götürmüş cütlüyə cinayət işi açılıb.   

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri