20 
Noy
2019
17:00
97
53
2932
Virtual karabakh

Putin: ABŞ NATO müttəfiqlərinə qarşı münasibətini dəyişməli olacaq

20 Noy, 2019
17:00
2932

Putin: ABŞ NATO müttəfiqlərinə qarşı münasibətini dəyişməli olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ NATO müttəfiqləri ilə münasibətlərini dəyişmək üçün addımlar atmalı olacaq. Vaşinqtonun onları qoruduğunu, onların isə bunun qarşılığında sadəcə pul ödəməli olduğunu bildirmək kifayət etmir.

“RİA Novosti” xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. 

“İndiyə kimi Birləşmiş Ştatlar deyirdi: “Biz sizin üçün sovet təhlükəsindən çətir rolunu oynayırıq, siz isə bunun əvəzini ödəməlisiniz”. Bu gün isə belə fikirlər o qədər də keçmir. İndi “biz sizi qoruyuruq – ödəyin” demək kifayət etmir. ABŞ-ın müdafiə kompleksini və iş yerlərini saxlamaq üçün niyə ödəniş etməlidilər? Onlar özlərininkini inkişaf etdirəcəklər. Elə indi məhz bu barədə danışırlar”, - Putin qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri