21 
Noy
2019
11:34
69
15
2503
Virtual karabakh

II Yelizavetanın oğlu “cinsi istismar qalmaqalı”na görə səlahiyyətlərindən imtina edib

21 Noy, 2019
11:34
2503

II Yelizavetanın oğlu “cinsi istismar qalmaqalı”na görə səlahiyyətlərindən imtina edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın kral ailəsi itkilərlə üzləşir. Belə ki, şahzadə Endryu kraliçanın qohumu kimi üzərinə qoyulan bütün imtiyaz və səlahiyyətlərdən imtina edib.

Bu barədə RenTV məlumat yayıb.

Bildirilir ki, II Yelizavetanın oğlu özü ilə bağlı yaranan qalmaqala görə bütün rəsmi və qeyri-rəsmi vəzifələrdən getmək qərarına gəlib.

Məlum olub ki, o, yüksək rütbəli və məşhur tanışları üçün yetkinlik yaşına çatmayan qızların iştirakı ilə gecələr təşkil edən məşhur maliyyəçi Cefri Epşteynlə dostluq münasibətlərində olub. Şahzadə Endryu özü şəxsən bir neçə belə tədbirdə iştirak edib.

Kraliçanın oğlu bunu təkzib etsə də, bir gün əvvəl Britaniya mətbuatı çəkiliş və foto şəklində sübutlar dərc edib. Nəticədə, Kral ailəsinin nüfuzuna ciddi xələl gəlib, həmçinin, bir sıra kompaniyalar şahzadə ilə işgüzar münasibətləri dayandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri