23 
Noy
2019
09:42
107
28
1962
Virtual karabakh

Köynəyində “Tramp” yazılan kişi bank soydu

23 Noy, 2019
09:42
1962

Köynəyində “Tramp” yazılan kişi bank soydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Florida ştatının Boka-Paton şəhərində bankda qəribə soyğun baş verib.

Köynəyində “Tramp”, “Amerikanı yenə ən böyük edək” yazılan 73 yaşlı Sendi Hokins banka gələrək kassirə belindəki silahı göstərib və açıqca verib.

“Newsweek”in məlumatına görə, açıqcada “həyəcan siqnalını yandırmayın, 1,1 min dollar (1870 AZN) verin, ümid edirəm ki, məni tutacaqlar”, - yazılıb.

Kassir 2 min dollar (3400 AZN) sayanda soyğunçu məbləğin çox olduğunu deyib və yenidən əvvəl istədiyi məbləği alıb.

Nəzarət kamerasında kimliyi məlum olan soyğunçunun pensiyada olduğu və kriminal həyat yaşadığı bəlli olub.

Məhkəmədə onun əvvəlki ev sahibi Hokinsin əvvəllər mehriban insan olduğunu, arvadı xərçəngdən öləndən sonra dəyişdiyini deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri