24 
İyl
2014
06:44
28
11
3457
Virtual karabakh

Separatçıdan Ukraynada vurulan təyyarə ilə bağlı mühüm etiraf – FOTO

24 İyl, 2014
06:44
3457

Separatçıdan Ukraynada vurulan təyyarə ilə bağlı mühüm etiraf – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xodakovski “Buk”u onlara kimin verdiyini də söyləyib.

Ukraynada separatçı “Donetsk Xalq Respublikası”nın liderlərindən biri Aleksandr Xodakovski separatçılarda “Buk” zenit-raket kompleksi olduğunu təsdiq edib. 

Oxu.Az ANS PRESS-ə isitnadən xəbər verir ki, ABŞ-ın fikrincə, məhz belə sistemin köməyi ilə “Boeing 777” təyyarəsi vurulub.

Reyter agentliyinə verdiyi müsahibədə Xodakovski üsyançıların arsenalında həqiqətən “Buk” kompleksinin olduğunu bildirib. 

O həmçinin qeyd edib ki, ola bilər ki, sistem Rusiyadan gətirilib və sonra geri göndərilib. Bu dəlilləri təsdiq etməmək üçün atılan addım ola bilər.

Xodakovski Kiyev hakimiyyətini ittiham edərək bildirib ki, “Buk”un istifadəsini onlar öz hərəkətləriylə provakasiya ediblər. 

Onun sözlərinə görə, Kiyev separatçılarda zenit kompleksinin mövcudluğu haqqında informasiyaya malik olduğu halda avia uçuşlarını o rayonda həyata keçirirdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri