Dek
2019
05:45
23
83
3069
Virtual karabakh

Hakerlər 12 ölkənin hotellərinə hücum etdi: müştərilərin şəxsi məlumatları oğurlandı

3 Dek, 2019
05:45
3069

Hakerlər 12 ölkənin hotellərinə hücum etdi: müştərilərin şəxsi məlumatları oğurlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naməlum hakerlər dünyanın 12 ölkəsində yerləşən 20-yə yaxın hotelə kiber hücum təşkil ediblər.

TASS xəbər verir ki, bunu “Kaspersky laboratory” şirkətindən bildiriblər.

Məlumata əsasən hücuma məruz qalan hotellər Braziliya, Argentina, Boliviya, Çili, Kosta-Rika, Fransa, Meksika, İtaliya, Portuqaliya, İspaniya, Tailand və Türkiyədə yerləşir.

Hakerlər hücum üçün ziyanverici troyan proqramlarından istifadə ediblər. Onlar  “Word”, “Excel”, “PDF” fayllarına yeridilib və bron sifarişi şəklində hotellərin elektron ünvanlarına göndərilib.

“Kaspersky lab” bildirir ki, rəsmi sənədlərin də sürətlərini özündə daşıyan belə göndərişlər çox real görünür:

“Yalanı ifşa edən yeganə səhv – şirkətin domeninin yazılışındadır”.

Hücumda “RevengeHotels”, “ProCC” və digər haker qruplaşmalarının əli olduğu ehtimal edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri