Dek
2019
18:14
134
17
6131
Virtual karabakh

Danimarka ABŞ-ın ərazi iddialarına cavab verdi

3 Dek, 2019
18:14
6131

Danimarka ABŞ-ın ərazi iddialarına cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Danimarka Qrenlandiya adasının ABŞ-a satılması ehtimalı ilə bağlı məsələni qapalı sayır.

Oxu.Az xəbər verir ki, bu sözləri Danimarkanın Rusiya Federasiyasındakı səfiri Karsten Senderqord deyib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp  dünyanın ən böyük adasını almaq haqda düşündüyünü bildirmişdi. Danimarka rəsmiləri Trampın açıqlamasını “absurd” adlandırdıqdan sonra, ABŞ Prezidenti bu ölkəyə rəsmi səfərini ləğv etdi.

Səfir K.Senderqord Donald Trampın Qrenlandiya ilə maraqlanmasını regionun əhəmiyyətinin artırılması ilə əlaqələndirib.

Səfir həmçinin hesab edir ki, Rusiya və Çinin Arktikada aktivliyi ABŞ-ın bölgəyə diqqətini artırıb.

Qeyd edək ki, Qrenlandiya adası Danimarkanın muxtar ərazisidir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri