Dek
2019
05:46
278
29
2810
Virtual karabakh

BMT İsraildən Holan yüksəkliklərini tərk etməyi tələb etdi

4 Dek, 2019
05:46
2810

BMT İsraildən Holan yüksəkliklərini tərk etməyi tələb etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT Baş Assambleyası İsraildən işğal edilmiş Holan yüksəkliklərini tərk etməyi tələb edən qətnamə qəbul edib.

“RİA Novosti” xəbər verir ki, qətnamənin lehinə 91, əleyhinə isə 9 dövlət səs verib, daha 65 ölkə bitərəf qalıb.

Sənədə əsasən, İsraildən Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Suriyanın Holan yüksəkliklərindən geri çəkilməsi tələb edilir.

Bildirilir ki, İsrailin 1981-ci ildən işğal etdiyi Holan yüksəkliklərində öz qanunlarını, yurisdiksiyasını və idarəetməsini təyin etməsi ilə bağlı qərarı etibarsızdır və heç bir hüquqi qüvvəyə malik deyil.

Qətnamənin müəllifləri yüksəkliklərin işğalını regionda sülhün və ədalətin bərqərar olmasına maneə hesab edirlər. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri