12 
Dek
2019
09:41
14
145
1309
Virtual karabakh

BMT: İraqda keçirilən aksiyalarda 424 insan həyatını itirib

12 Dek, 2019
09:41
1309

BMT: İraqda keçirilən aksiyalarda 424 insan həyatını itirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraqda oktyabrın 1-dən keçirilən kütləvi aksiyalarda 424 nəfər həyatını itirib, doqquz min insan müxtəlif bədən xəsarətləri alıb.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının İraqa Yardım Missiyasının hesabatında qeyd olunub.

Hesabata əsasən, təkcə 5-8 dekabr aralığında baş vermiş toqquşmalarda 170 nümayişçi həlak olub, 2626 min insan yaralanıb.

Sənəddə qeyd olunur ki, İraqda insan hüquqları mütəmadi pozulur, hüquq-mühafizə orqanları etiraz edən vətəndaşlara qarşı qeyri-qanuni və qeyri-adekvat güc tətbiq edir.

Xatırladaq ki, İraqda bu ilin oktyabr ayından başlayaraq, etiraz aksiyaları keçirilir. Nümayişçilər işsizlik, korrupsiya, xarici ölkələrin İraqın daxili işlərinə müdaxilə etməsindən narazıdırlar.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri