13 
Dek
2019
13:08
101
33
4957
Virtual karabakh

Terrorçu ilə evlənən gözəllik müsabiqəsinin finalçısı məhkəməyə çıxarılıb - FOTO

13 Dek, 2019
13:08
4957

Terrorçu ilə evlənən gözəllik müsabiqəsinin finalçısı məhkəməyə çıxarılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Liverpul”un yarımmüdafiəçisi Oluvaye Ojonun keçmiş sevgilisi və müxtəlif gözəllik müsabiqələrinin finalçısı Amaani Nur terrorizmin maliyyələşdirilməsində ittiham olunur.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Amaani Nur İŞİD terror təşkilatına pul ianə etməkdə təqsirləndirilir. Hökm dekabrın 20-də oxunacaq. Qız hələlik girov müqabilində azadlıqdadır.

Nur iddia edib ki, pulları Suriyadakı qadın və uşaqların ərzaqla təminatı üçün göndərib.

Qeyd edək ki, Amaani Nur onlayn mərasimlə İŞİD terrorçusu Hakim My Love-la evlənib. Ötən il saxlanılmazdan əvvəl Nurun Suriyaya getmək və Hakimlə birləşmək üçün Türkiyəyə bilet aldığı məlum olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri