15 
Dek
2019
04:27
82
34
3846
Virtual karabakh

ABŞ İranla “pis” sazişə alternativ təklif etdi

15 Dek, 2019
04:27
3846

ABŞ İranla “pis” sazişə alternativ təklif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Senatının Hüquq komitəsinin rəhbəri Respublikaçı Lindsi Qrem “İranla pis müqavilə”nin regional sazişlə əvəz edilməsini zəruri hesab edir.

“İranla bağlanmış bu pis müqaviləni (Birgə Hərtərəfli Fəaliyyət Planı-red.) regionda razılıq veriləcəyi daha yaxşısı ilə əvəzləmək lazımdır. Bu barədə bölgədəki qüvvələr də bir-biri ilə danışmalıdırlar. Düşünürəm ki, BHFP-a yaxşı alternativ onların nüvə enerjisinə malik olmalarını, lakin heç kimiт bomba yaratmaq imkanı olmamağı üçün yanacağın xaricdən gətirilməsini nəzərdə tutan regional saziş ola bilər”, - deyə Qrem Qətərdə keçirilən Doha forumunda bildirib.

Qeyd edək ki, 2015-ci il 14 iyul tarixində “Altılıq” ölkələri (Böyük Britaniya, Almaniya, Fransa, Çin, Rusiya və ABŞ) və İran Birgə Hərtərəfli Fəaliyyət Planına nail olunmasını elan edib.

Sazişə əsasən, İran nüvə proqramını məhdudlaşdırmalı və bunun qarşılığında İrana qarşı sanksiyalar geri götürülməli idi. Lakin daha sonra ABŞ birtərəfli şəkildə həmin sazişdən çıxdığını elan edərək İrana qarşı sanksiyaları bərpa etdiyi açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri