16 
Dek
2019
01:09
368
14
4598
Virtual karabakh

Ərdoğan: ABŞ-ın hindulara qarşı təcavüzü qətliamdır

16 Dek, 2019
01:09
4598

Ərdoğan: ABŞ-ın hindulara qarşı təcavüzü qətliamdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin ATV və A Haber telekanallarının ortaq canlı yayımına qatılan Prezident Rəcəb Tayyib Ərdoğan gündəmlə bağlı açıqlama verərək, ABŞ Konqresinin “erməni soyqırımı” qərarına reaksiya verib.

Ərdoğan ABŞ-la bağlı bəzi qərarlar verə biləcəyini açıqlayıb:

“Çox açıq deyəcəyəm, Amerikada hindularla bağlı olanları söyləməmək, danışmamaq mümkündür? Hindulara qarşı edilənlər ABŞ-ın üz qarasıdır.

Ruandada fransızların törətdiyi qətliamları, Əlcəzairdə etdikləri soyqırımları bir kənara qoymaq mümkündür? Bunlar Senaqalda qul ticarəti ediblər.

Biz də bütün bunları dünya ictimaiyyətinə açıqlayacağıq. Bunlarla bağlı əlimizdə, arxivlərdə sənədlər var. Bunlarla bərabət müdafiədə deyil, hücumda olacağıq. Qərbin irqçilik və müstəmləkəçilik tarixi olduğunu üzə çıxaracağıq”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri