16 
Dek
2019
10:58
12
134
3724
Virtual karabakh

Qadın ölüm hökmünə məhkum edilmiş manyaka aşiq oldu

Texas ştatının sakini silsilə qətllər törətdiyinə görə ölüm hökmünə məhkum edilmiş şəxslə ailə həyatı qurmaq istəyir.

“Mail Online” agentliyi məlumat verir ki, 33 yaşlı manyak 2013-cü ildə Nebraska ştatında dörd nəfəri qətlə yetirib.

46 yaşlı Doun Arquelo məhkum edilmiş şəxslərin könüllü müdafiə qrupunda çalışarkən qatilə aşiq olub.

Cinayətkar cəza çəkdiyi müddətdə bir neçə dəfə bədən əzalarını kəsərək, həbsxanadan psixiatrik mərkəzə yerləşdirilməsinə nail olmağa çalışıb.

Lakin 46 yaşlı D.Arquelo hesab edir ki, onun vurulduğu şəxs sirli və duyğusaldır:

“O, çox ağıllıdır, və çox yaxşı manipulyasiya edə bilir”.

Qeyd olunur ki, qadın həbsxana mədəniyyəti ilə maraqlanır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri