16 
Dek
2019
12:16
34
115
8701
Virtual karabakh

Hava limanında kişinin pulla dolu çantasını oğurladılar - VİDEO

16 Dek, 2019
12:16
8701

Hava limanında kişinin pulla dolu çantasını oğurladılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Domodeyova aeroportunda qarətçilər bir kişiyə hücum edərək içərisində 5 milyon rubl (təqribən 135500 AZN) olan çantasını oğurlayıblar. Zərərçəkən oğruların dalınca qaçdıqda isə qarətçilərdən biri onun başından bir neçə dəfə vurub.

Bu barədə Life.ru RF DİN-in Moskva üzrə Baş İdarəsinə istinadla xəbər verib.

Bildirilir ki, baş verənlər müşahidə kamerası tərəfindən qeydə alınıb.

“Kişi qanun pozucusuna çatıb, lakin qarətçilərdən biri onun başından bir neçə dəfə vurub, bundan sonra zərərçəkən onları təqib etməyi dayandırıb. Ümumi zərər 5 milyon rubl qiymətləndirilir”, - deyə qurumun Mətbuat Xidmətindən bildirilib.

Polislər müşahidə kameralarına baxdıqdan sonra Reutova şəhərində yaşayan qarətçilərdən biri saxlanılıb. Onun Volqoqrad əyalətindən olan 27 yaşlı fitnes-məşqçi olduğu aşkarlanıb. Digər şəxs hələ axtarışdadır. 

Saxlanılan şəxsə qarşı “Qarət” maddəsi ilə cinayət işi qaldırılıb. Onu yeddi ilə qədər azadlıqdan məhrumetmə gözləyir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri