20 
Dek
2019
21:43
508
41
33613
Virtual karabakh

Paşinyan növbəti dəfə Putini əsəbiləşdirdi – VİDEO

20 Dek, 2019
21:43
33613

Paşinyan növbəti dəfə Putini əsəbiləşdirdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Avrasiya İqtisadi Birliyinin (AİB) növbəti iclası keçirilib.

Oxu.Az xəbər verir ki, iclas zamanı Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın prezidenti Vladimir Putin arasında ixtilaf yaşanıb. Belə ki, AİB-ə üzv dövlətlərin rəhbərlərini, həmçinin xüsusi qonaq qismində iştirak edən Moldova prezidenti İqor Dodonu və təşkilatın fəxri sədri Nursultan Nazarbayevi salamlayan N.Paşinyan protokolu pozaraq, tədbirə ev sahibliyi edən Rusiyanın prezidentinə söz verməyi unudub.

Belarus prezidenti Aleksandr Lukaşenko araya girərək, protokol üzrə V.Putinə söz verilməli olduğunu xatırladıb. Lakin protokolun bu cür kobud pozulması fonunda V.Putin Nikol Paşinyanın xahişini yerə salaraq çıxışdan imtina edib.

“Xeyr, çox sağ olun. Tamam, imzalamaya keçək”, - deyə Rusiya prezidenti qısa kəsib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri