22 
Dek
2019
05:28
214
44
4934
Virtual karabakh

NATO: Rusiya ABŞ aviabazasına zərbə endirə bilər

22 Dek, 2019
05:28
4934

NATO: Rusiya ABŞ aviabazasına zərbə endirə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Kinjal” hipersəs raket kompleksinin daşıyıcısı olan “MİQ-31 K” qırıcıları Amerikanın Qrenlandiyanın Şimalında yerləşən Tuladakı aviabazasına zərbə endirə bilər.

Bu barədə Danimarkanın “Berlingske” nəşri yazır.

NATO-nun təsisçilərindən olan Danimarkanın ən qədim qəzetlərindən biri belə bir nəticəyə Rusiyanın Frans-İosif Torpağı arxipelaqında döyüş təyyarələri üçün nəzərdə tutulmuş uçuş-eniş zolağını müasirləşdirməyinə fikir verməklə gəlib.

Nəşrdə qeyd edilir ki, Rusiyanın hərbi gücünü artırmaq üçün uzun illər göstərdiyi səyləri hazırda öz bəhrəsini verməyə başlayıb.

“Berlingske” yazır ki, Rusiyanın yeganə aviadaşıyıcısı olan “Admiral Kuznetsov”da dekabr ayında baş verən yanğından sonra, müxtəlif çətinliklərə baxmayaraq təmir işlərinin aparılması bunu bir daha sübut edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri