24 
Dek
2019
02:24
18
151
3451
Virtual karabakh

Kadırov sifarişli qətl barədə ittihamları rədd etdi

24 Dek, 2019
02:24
3451

Kadırov sifarişli qətl barədə ittihamları rədd etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çeçenistanın rəhbəri Ramzan Kadırov keçmiş çeçen səhra komandiri Zəlimxan Xanqoşvilinin ölümündə əli olmadığını bildirib.

“Qroznı-inform” xəbər verir ki, o qərb ölkələrini sübutsuz ittihamlarda günahlandırıb.

Kadırovun sözlərinə görə, Xanqoşvilini Berlində öz adamları öldürüb.

“Bu onların daxili haqq-hesablarıdır. O heç bizim vətədaşımız da deyil, Gürcüstan vətəndaşıdır”, - deyə Çeçenistan lideri bildirib.

O, həmçinin Xanqoşvilini terrorçu adlandırıb.

Öldürülən Şamil Basayev və Aslan Masxadovun yaxın adamlarından sayılıb. Avqustun 23-də Berlində naməlum şəxs onu tapanca ilə qətlə yetirib. Qətldə şübhəli bilinən 49 yaşlı rusiyalı həbs olunub.   

“Bild” nəşri Ramzan Kadırovu qətlin sifarışçisi adlandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri