27 
Dek
2019
22:54
196
72
14861
Virtual karabakh

Rusiya ABŞ-ın qorxduğu silahı orduya aldı - VİDEO

27 Dek, 2019
22:54
14861

Rusiya ABŞ-ın qorxduğu silahı orduya aldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avanqard” hipersəsli raket sistemi ilə silahlanmış ilk alay döyüş tapşırığı alıb. 

“Rossiya 24” telekanalı xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məlumat verib.

Bundan əvvəl nazir bildirmişdi ki, “Avanqard” 2019-cu ilin sonuna qədər istifadəyə veriləcək. Həmçinin 2020-ci ildə Rusiya Strateji Raket Qüvvələrinin 22 ədəd “Avanqard” və “Yars” kompleksləri alacağı qeyd olunub.

“Avanqard” sürəti 27 Maxa (1 Max = 1226,5 km/saat (340 metr/saniyə)) çatan qanadlı raketdir.

Qeyd edək ki, sözügedən “Avanqard” raketinin ilk sınağı zamanı ABŞ-da böyük narahatlıq yaranmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri