28 
Dek
2019
12:48
167
22
4073
Virtual karabakh

Koçaryandan şok ittiham: “Hərbi xidmətdən yayınan, bir gecə hər şeyi atıb qaçan Paşinyan”

28 Dek, 2019
12:48
4073

Koçaryandan şok ittiham: “Hərbi xidmətdən yayınan, bir gecə hər şeyi atıb qaçan Paşinyan”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nikol Paşinyan 90-cı illərdə hərbi xidmətdən yayınan, bütün ömrü boyu qəzet vasitəsilə insanlara böhtan yazan insandır.

Bu sözləri 168.am saytının “Pressinq” verilişinin efirində çıxışı zamanı Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan deyib.

Onun sözlərinə görə, Ermənistanda 1 mart 2008-ci ildə baş verən hadisələrin əsas fiqurlarından biri məhz Nikol Paşinyan olub.

“O nə edib? Hər şeyi götürüb atdı və gecə qaçdı. Məğlub olan namizəd Levon Ter-Petrosyan isə ona görə toplanmış insanları gəlib sakitləşdirə biləcəyi halda, gəlmədi, etirazçılara qoşulmadı. Bütün bunlara Paşinyan rəhbərlik edirdi. O, Fransa səfirliyinin binası yaxınlığında barrikadalar qururdu. Onların polislərə nələr atdığını özünüz də görmüsünüz”, - Koçaryan bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri