29 
Dek
2019
08:27
54
21
2821
Virtual karabakh

Beyini olan ən qədim canlının qalıqları tapılıb

29 Dek, 2019
08:27
2821

Beyini olan ən qədim canlının qalıqları tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Harvard universitetinin (ABŞ) tədqiqatçılar qrupu qədim buğumayaqlıların beyninin qalıqlarını tapıblar.

Phys.org” nəşrində yerləşdirilən press-relizdə bildirilir ki, aşkar olunan beyin bu qəbildən olan ən qədim tapıntı ola bilər.

Alimlər alalkomeney cinsindən olan onurğasız canlının qalıqlarını ABŞ-ın  Yuta ştatında  tapıblar. O, Kemri dövründə (541-485 milyon il əvvəl) yaşayıb və sərt ekzokeletə malik  idi. Adətən, bu cür tapıntılarda yumşaq toxumalar aşkar edilmir, lakin bu qalıqlarda paleontoloqlar zirehin orta hissəsində müasir buğumayaqlıların mərkəzi sinir sistemini xatırladan simmetrik ləkələr aşkar ediblər.

Ləkələrdə sinir toxumasında çoxlu rast gəlinən karbon izləri müəyyən edilib. Bundan başqa, ləkələr heyvanın dörd gözünün olduğu yerə qədər uzanırdı. Buna görə də, tədqiqatçılar nəticəyə gəliblər ki, ləkələr daşlaşmış sinir maddəsidir. Bu cür strukturlar alalkomeneyin qazıntılar zamanı tapılmış digər nümunələrində də aşkarlanıb ki, bu da fərziyyəni təsdiq edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri