29 
Dek
2019
16:58
26
413
6666
Virtual karabakh

Transgender digər transgenderdən uşaq dünyaya gətirdi - FOTO

29 Dek, 2019
16:58
6666

Transgender digər transgenderdən uşaq dünyaya gətirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada transgender kişi transgender qadının bioloji materialından hamilə qalıb.

“The Mirror”un xəbərinə görə, ingilisin doğuş həkimi də transgender olub.

39 yaşlı Ruben Şarp 12 il əvvəl transgender olub. O həmişə uşaq sahibi olmaq istəyib, buna görə doğuş həyata keçirmək üçün altı il əvvəl mütəmadi testosteron qəbulunu dayandırıb.

Onun özünü orta cinsin nümayəndəsi, yəni, nə qadın, nə də kişi olaraq tanıdan 28 yaşındakı Cey adlı partnyoru sevgilisinin təşəbbüsünü dəstəkləyib.

Cütlük bir sperma bankına müraciət edərək transgender qadını donor seçib. Şarp üçüncü cəhddə süni mayalanma yolu ilə hamilə qala bilib.

Hamiləliyini müşayiət etmək üçün onlara lazımsız suallar verməsin deyə xüsusi olaraq, transgender həkim seçiblər.

Şarp üç ay əvvəl qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Lakin xoşbəxt valideynlər bu barədə yalnız indi danışmağa qərar veriblər. Şarp və Cey yeni doğulmuşa Ceyme adını qoyublar.

Onlar övladlarının cinsi seçimini öz öhdəsinə buraxacaqlar.

Cütlük 2020-ci ildə evlənməyə hazırlaşır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri