Yan
2020
14:12
151
42
15328
Virtual karabakh

“Nissan”ın keçmiş rəhbəri musiqi alətinin qutusunda Yaponiyadan qaçdı - FOTO

“Nissan” şirkətinin keçmiş icraçı direktoru, maliyyə cinayətində ittiham olunan Karlos Qosn Yaponiyadan Livana taxta yeşikdə qaçıb.

Bu barədə “Gulf News” xəbər yayıb.

Qeyd olunur ki, Qosn Yaponiyanı tərk edərkən özünün fransız pasportundan istifadə edib. O, həmçinin, Braziliya və Livan vətəndaşlığına da sahibdir. Qosnun vəkili Cuncitiro Hironaka hüquqi komandasının Qosnun  pasportlarına sahib olduğunu, onun Livana fərqli bir ad altında getdiyini deyib.

Livanın MTV telekanalı xəbər verir ki, ziyafətdə ifa etmək üçün musiqiçilər kimi geyinən bir qrup muzdlu şəxs onu musiqi alətinin qabında gizlədərək qaçaq yolla təyyarəyə mindiriblər. Bu yolla o, Türkiyəyə gedib, oradan Livana isə özəl təyyarə ilə yollanıb.

Qosn hazırda həyat yoldaşı Kerolun evində yaşayır. Livanda o, Prezident Mişel Aounla görüşüb və dövlətdən təhlükəsizlik zəmanətlərini alıb.

Qeyd edilir ki, “Nissan Motor Co”nun  və əvvəllər Yaponiyada maliyyə cinayətində ittiham olunan “Renault SA”nın keçmiş rəhbəri “bundan sonra Yaponiyada saxta ədalət sisteminin girovu olmayacağını” deyib.

Xatırladaq ki, Karlos Qosn Fransa və Yaponiyada korporativ əmlakdan sui-istifadədə və vergidən yayınmaqda şübhəli bilinir. 2018-ci ilin noyabrında Carlos Qosn maliyyə fırıldaqçılığı ittihamı ilə Tokioda saxlanılıb. Bundan sonra “Nissan” Direktorlar Şurası Qosnun konsernin sədri vəzifəsindən istefa verməsinə səs verib, keçən ilin yanvarında isə Karlos Qosn “Renault” konserninin prezidenti postunu itirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri