Yan
2020
11:15
24
46
2310
Virtual karabakh

“Qızıl Qlobus”un yeni qalibləri müəyyənləşdi

6 Yan, 2020
11:15
2310

“Qızıl Qlobus”un yeni qalibləri müəyyənləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da “Qızıl Qlobus” mükafatının 77-ci təqdimat mərasimi keçirilib.

TASS məlumat verir ki, Hollivud Xarici Mətbuat Assosiasiyası “1917” filmini ilin ən yaxşı dram filmi seçib. Sem Mendez sözügedən filmə görə ən yaxşı rejissor nominasiyasının qalibi olub.

Ən yaxşı dram aktyoru adına “Coker” filminə görə Hoakin Feniks layiq görülüb.

Ən yaxşı aktrisa mükafatı “Cudi” filminə görə Rene Zellvegerə təqdim olunub.

“Bir vaxtlar Hollivudda” ən çox mükafat qazanan film sırasına daxil olub. Belə ki, ən yaxşı ssenari, ikinci planda ən yaxşı kişi rolunun ifası və ən yaxşı komediya/myuzikl mükafatları məhz bu filmə təqdim olunub.

“Çernobıl” ilin ən yaxşı mini-serialı mükafatına layiq görülüb. 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri