Yan
2020
17:45
464
36
7819
Virtual karabakh

Körpə kenqurunu xilas etməsi rəğbətlə qarşılandı - VİDEO

6 Yan, 2020
17:45
7819

Körpə kenqurunu xilas etməsi rəğbətlə qarşılandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyada meşə yanğınları tüğyan edir. Yanğınla mübarizəyə könüllü dəstələr də cəlb edilib.

“Life” məlumat verir ki, belə könüllülərdən biri, 24 yaşlı Sem Makqloun yaşadığı Breydvud şəhərində yanğını söndürməyə çalışarkən budaqların altından körpə kenqurunu xilas edərək irəliləməkdə olan alovdan qoruyub.

Baş verən hadisə könüllü xilasedicinin üzərinə bərkitdiyi kamera tərəfindən qeydə alınıb. Görüntüləri “Instagram” səhifəsinə paylaşan S.Makqloun çoxlu bəyənmə və tərif şərhləri ilə üzləşib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri