Yan
2020
10:36
19
153
13383
Virtual karabakh

İranda dəhşətli təyyarə qəzasının səbəbi məlum oldu

8 Yan, 2020
10:36
13383

İranda dəhşətli təyyarə qəzasının səbəbi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynaya məxsus sərnişin təyyarəsinin İranda qəzaya uğramasının səbəbi mühərrikdəki yanğın olub. 

“RİA Novosti”nin məlumatına görə, bu barədə Tehran hava limanının nümayəndəsi İRNA-ya bildirib.

İranın Fövqəladə Hallar Departamentinin rəhbəri də öz növbəsində agentliyə bildirib ki, qəzanın səbəbi texniki nasazlıqdır, başqa heç bir variant yoxdur.

Qeyd edək ki, bundan əvvəl qəzaya uğrayan “Boeing-737” təyyarəsinin yeni olduğu barədə məlumat verilmişdi.

Xatırladaq ki, Kiyevə uçan Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də səhər tezdən, Tehran hava limanından çıxdıqdan dərhal sonra qəzaya uğrayıb. Göyərtədə olan 167 sərnişin və doqquz heyət üzvünün hamısı həlak olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri