Yan
2020
14:27
112
370
6552
Virtual karabakh

Netanyahu Trampı təbrik etdi: “Cəld, cəsarətli və qətiyyətli hərəkət edib”

8 Yan, 2020
14:27
6552

Netanyahu Trampı təbrik etdi: “Cəld, cəsarətli və qətiyyətli hərəkət edib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailə hücum etməyə çalışan hər kəsə çox ciddi cavab verəcəyini deyib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb..,.

“Bizə hücum etməyə çalışan hər kəs güclü cavab alacaq”, - deyə İsrailin Baş naziri bildirib.

Netanyahu Donald Trampın generalı Qasım Süleymaninin ölümü ilə nəticələnən əməliyyat qərarını “tam dəstəklədiyini” vurğulayıb.

O, hadisə ilə bağlı “cəld, cəsarətli və qətiyyətli hərəkət etdiyi üçün Trampı təbrik etmək lazımdır” -deyə bildirib.

İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) Süleymaninin ölümündə İsraili ABŞ-ın tərəfdaşı hesab edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri