Yan
2020
15:17
33
266
15381
Virtual karabakh

İranda yanaraq yerə çırpılan təyyarəyə atəş açılıbmış: Stüardessa qohumlarına zəng edib

9 Yan, 2020
15:17
15381

İranda yanaraq yerə çırpılan təyyarəyə atəş açılıbmış: Stüardessa qohumlarına zəng edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda təyyarə qəzasında ölən ukraynalı stüardessa qəzadan əvvəl atəş açılması barədə məlumat verib.

“Nikolayevskie Novosti”nin xəbərinə görə, Tehran yaxınlığındakı təyyarə qəzasında ölən ukraynalı stüardessa Yekaterina Statnik atəş açılması barədə məlumat verməyə müvəffəq olub.

Bildirilir ki, o, qohumlarına onlara atəş açılması ilə bağlı telefonla xəbər verib. Bundan sonra əlaqə kəsilib.

Ola bilsin ki, atəş nəticəsində təyyarədə yanğın baş verib.

Katya Statniklə bağlı sosial şəbəkələrdə Novokaxovskaya 8 nömrəli məktəbin səhifəsindəki yazı paylaşılıb:

“Katya Statnik 2009-cu il məzunudur. Hamı bu gözəl, gülərüz qızı xatırlayır. O, belə qısa həyata və bu qədər dəhşətli ölümə layiq deyildi”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri