11 
Yan
2020
17:51
42
259
10899
Virtual karabakh

SEPAH generalı Ukrayna təyyarəsinin vurulması barədə: “Tehran müraciətimizi yerinə yetirməyib”

11 Yan, 2020
17:51
10899

SEPAH generalı Ukrayna təyyarəsinin vurulması barədə: “Tehran müraciətimizi yerinə yetirməyib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran RƏM sisteminin operatoru Ukraynanın MAU aviaşirkətinin “Boeing 737-800” təyyarəsini "düşmən obyekti" kimi müəyyənləşdirib.

IRNA-nın məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Kopusu HHQ-nin komandanı Əmir Əli Hacızadə bəyan edib.

Rabitədə olan kəsilmələrlə əlaqədar  “düşmən obyekt” barədə komandanlığa məlumat verilməyib, bu səbəbdən qanadlı raketin  buraxılması barədə qərar özbaşına verilib. Hacızadənin sözlərinə görə, qərarı qəbul etmək üçün operatorun beş saniyəsi olub və o yanlış qərar verərək raketi hədəfi vurmaq üçün buraxıb.

Hacızadə ABŞ bazalarına raket hücumları müddətində aviarabitənin (uçuşların) dayandırılması barədə rəsmi Tehrana müraciət etdiklərini, lakin tələblərinin yerinə yetirilmədiyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 8-də Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Sonradan İran hökuməti təyyarənin səhvən vurlduğunu etiraf etdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri