11 
Yan
2020
22:59
559
102
10867
Virtual karabakh

Ruhani Zelenskidən üzr istədi

11 Yan, 2020
22:59
10867

Ruhani Zelenskidən üzr istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran prezidenti Həsən Ruhani Vladimir Zelenski ilə telefon danışığı zamanı ondan üzr istəyib.

Bu barədə məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

İran prezidenti Həsən Ruhani İran tərəfi adından Ukrayna xalqına, Tehran yaxınlığında baş verən faciə nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib və təyyarənin tərəflərindən vurulmasına görə üzr istəyib.

Məlumatda deyilir ki, telefon danışığı şənbə günü İran tərəfinin təşəbbüsü ilə Ruhani ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında baş tutub.

“İran İslam Respublikasının başçısı faciənin bu dövlətin hərbçilərinin səhv hərəkətləri nəticəsində baş verdiyini tamamilə etiraf edib” deyə məlumatda bildirilir.

Zelenski ilə söhbətində Ruhani qəzada rolu olan hər kəsin məsuliyyətə cəlb olunacağına əmin edib. Eyni zamanda, Ukraynanın ekspert qrupunun bu məsələdə daha səmərəli əməkdaşlıq üçün bütün lazımi dəstəyi alacağını vəd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri