12 
Yan
2020
17:44
69
263
6376
Virtual karabakh

İran Britaniya səfirinin həbsinə aydınlıq gətirdi: Səhvən saxlanılmışdı

12 Yan, 2020
17:44
6376

İran Britaniya səfirinin həbsinə aydınlıq gətirdi: Səhvən saxlanılmışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Britaniya səfirinin saxlanılması ilə bağlı rəsmi açıqlama yayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər nazirinin müavini Abbas Arakçi özünün “Twitter” səhifəsi vasitəsilə məlumat yayıb. 

O bildirib ki, Böyük Britaniyanın bu ölkədəki səfiri Rob Makeyr qanunsuz nümayişdə naməlum əcnəbi kimi saxlanılıb. 

“O, qanunsuz aksiyada naməlum əcnəbi kimi saxlanmışdı. Polis mənə saxlanılan şəxsin Böyük Britaniyanın səfiri olduğunu iddia etdiyini bildirdikdə dedim ki, “Ola bilməz!” 

Yalnız onunla telefon söhbətimdən sonra tanıdım. Bu şəxsin səfir olduğu bəlli olduqdan on beş dəqiqə sonra sərbəst buraxıldı”. 

Qeyd edək ki, bu məsələ ilə bağlı açıqlama verən İngiltərə Xarici İşlər Naziri Dominik Raab səfirin bu şəkildə həbs edilməsini beynəlxalq hüququn dəhşətli şəkildə pozulması kimi dəyərləndirmişdi. 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri