16 
Yan
2020
08:16
32
236
29130
Virtual karabakh

Evinə çağırdığı kişilərə dərman verib zorladı: 136 qurban - FOTO

16 Yan, 2020
08:16
29130

Evinə çağırdığı kişilərə dərman verib zorladı: 136 qurban - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya məhkəməsi 36 yaşlı aspirant Reynard Sinaqanı seksual zəmində 136 kişini zorlamasına görə ömürlük həbsə məhkum edib.

“Snob” xəbər verir ki, prokurorluqda artıq Sinaqanın “məharətlərini” Britaniya tarixində rekord elan ediblər.

Cinayətkar öz qurbanlarını fərqli məqsədlərlə evinə dəvə edərək onlara narkotikli içki verirmiş.

Qurban yatdıqdan sonra isə Sinaqa onu zorlayırmış.

Yeri gəlmişkən, R.Sinaqa 20 il ərzində davam edən bu iyrənc əməllərini videoya da çəkirmiş.

2017-ci ildə onun qurbanlarından biri olan yeniyetmə təcavüz zamanı yuxudan ayılaraq polisə zəng vurmağı bacarmışdı.

O, Sinaqaya bir neçə zərbə endirərək evi tərk etmişdi.

Bu zaman cinayətkar özünün qurban olduğunu iddia etməyə çalışsa da, onun şübhəli davranışı polislərin diqqətindən yayınmayıb.

Müsadirə edilən mobil telefonundakı videolar R.Sinaqanın cinayətlərini aşkara çıxarıb.

Qeyd etmək lazımdır ki, R.Sinaqa zəngin indoneziyalı ailənin övladıdır. O, həm İndoneziyada, həm də Böyük Britaniyada bir sıra elmi dərəcə alıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri