16 
Yan
2020
12:04
65
21
6625
Virtual karabakh

Putinin namizədindən ilk açıqlama: “Onlarla işləməyəcəm”

16 Yan, 2020
12:04
6625

Putinin namizədindən ilk açıqlama: “Onlarla işləməyəcəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Baş naziri vəzifəsinə namizəd Mixail Mişustin hökumət başçısı vəzifəsinə təsdiqlənəcəyi təqdirdə yeni hökumətdə dəyişikliklər olacağını açıqlayıb.

Bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, Mişustin “Vahid Rusiya” partiyasının nümayəndələri ilə görüşdə müvafiq bəyanatla çıxış edib.

“Mişustin hökumətdə dəyişikliklərin olacağını deyib”, - deyə mənbədən agentliyə bildirilib.

Onun sözlərinə görə, təfərrüat hələlik açıqlanmayıb.

Xatırladaq ki, yanvarın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin hökumətin istefası haqqında fərman imzalayıb.

Putin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin Baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri