21 
Yan
2020
19:23
93
76
4497
Virtual karabakh

Rusiya Consonu yalançılıqda ittiham etdi

21 Yan, 2020
19:23
4497

Rusiya Consonu yalançılıqda ittiham etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kremlin mətbuat katibi Dmitri Peskov İngiltərənin baş naziri Boris Consonun Rusiya prezidenti Vladimir Putinlə Berlində keçirdikləri görüşlə bağlı verdiyi mənfi açıqlamanı rədd edərək, görüşün konstruktiv olduğunu deyib.

Bu barədə “Haber Global” xəbər verib.

O qeyd edib ki, Putinlə Consonun Liviyada sülhə dair apardıqları danışıqlar qısa, konstruktiv və razılıqla bitib: “Ən azından görüş “Downing Street” (İngiltərənin Baş Nazirlik ofisinin yerləşdiyi küçə nəzərdə tutulur - red.) tərəfindən verilən açıqlamadan tamamilə fərqli idi”.

Xatırladaq ki, görüşdən sonra Conson sosial şəbəkə hesabından Solsberi hadisəsinə (İngiltərənin Solsberi şəhərində Rusiya vətəndaşı Sergey Skripal və qızı zəhərlənmişdi. Rəsmi London hadisədə Rusiyanı ittiham etmiş, Rusiya isə sübut olmadığı cavabını vermişdi) işarə vuraraq paylaşım etmiş və görüşün heç nəyi dəyişdirmədiyini yazmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri