22 
Yan
2020
19:28
206
32
8521
Virtual karabakh

Sərnişinlər təyyarədə içib-oynayan qadını oturacağa bağladılar - VİDEO

22 Yan, 2020
19:28
8521

Sərnişinlər təyyarədə içib-oynayan qadını oturacağa bağladılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyadan Birləşmiş Ərəb Əmirliyinə uçan təyyarədə qəribə hadisə baş verib.

Vm.ru-nun xəbərinə görə, “Pegas Fly” şirkətinə məxsus, Ufadan Dubaya uçan təyyarə havaya qalxandan sonra sərnişinlərdən biri spirtli içki içib oynamağa başlayıb.

Ekipaj üzvlərinin xəbərdarlığına baxmayaraq o, yenə narahatlıq yaratmağa davam edib.

Pilot onun sakitləşməyəcəyi təqdirdə təyyarənin təcili İrana eniş edəcəyini bildirib.

Bundan sonra sərnişinlər qadının əllərini yapışqan lentlə bağlayıblar. Bu hadisə bir sərnişin tərəfindən kameraya çəkilib.

Bir müddət sonra sakitləşən qadın yuxuya gedib.

O, Dubay ərazisində polisə təhvil verilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri