22 
Yan
2020
19:43
192
227
4642
Virtual karabakh

İranlı tələbələri ABŞ-a buraxmırlar

22 Yan, 2020
19:43
4642

İranlı tələbələri ABŞ-a buraxmırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranlı tələbə Boston hava limanında saxlanılaraq, ABŞ ərazisinə buraxılmayıb. 

ABŞ-ın İranla diplomatik gərginliyi fonunda iranlı tələbələrin bu ölkəyə daxil olmasına tətbiq edilən məhdudiyyətlər daha da sərtləşdirilib. 

Məlumatı “The New York Times” nəşri yayıb.

Şahaba Dehani adlı iranlı tələbə Bostonun Loqan aeroportunda yanvarın 19-da saxlanılıb. Bir gecə sorğu-sual olunandan sonra isə onu geriyə, ölkəsinə qaytarıblar.

Qeyd olunur ki, 24 yaşlı Ş.Dehaninin üzərində Bostonun Şimal-Şərq Universitetində iqtisadiyyat təhsili aldığını təsdiqləyən sənəd və tələbə vizası olub. 

Ş.Dehani 2019-cu ilin avqust ayından vizası olmasına baxmayaraq, ABŞ-a buraxılmayan 13 tələbədən biridir.

Gömrük və sərhəd xidmətinin rəsmiləri sözügedən hadisə ilə bağlı şərh verməkdən imtina edərək, yalnız onu qeyd ediblər ki, vizası olan şəxslər haqqında narahatlığa səbəb olan informasiya olarsa, onların ölkəyə daxil olması qadağan edilə bilər. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri