23 
Yan
2020
06:17
109
22
7278
Virtual karabakh

Həbsxanadan qaçan məhbus: “Tailanddan salamlar”

23 Yan, 2020
06:17
7278

Həbsxanadan qaçan məhbus: “Tailanddan salamlar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belçikada yerləşən həsbxanalardan birinin ünvanına oradan qaçan məhbusdan açıqca gəlib.

“Het Laatste Nieuws” xəbər verir ki, həbsxananın direktorlarına ünvanlanan məktubda “Tailanddan salamlar” sözləri yazılıb.

Həbsxananın administrasiyası hadisə ilə bağlı polisə xəbər verib.

Qeyd etmək lazımdır ki, qanunsuz silah gəzdirməyə və atəş açmağa görə həbs edilən Valid Sekkaki ötən ilin dekabrın 19-u başqa dörd məhbusla birgə həbsxanadan qaçmışdılar.

Sekkaki Mərakeşə ekstradisiya ediləcəyindən çəkinərək bu addımı atmışdı.

Qeyd etmək lazımdır ki, qaçan məhbuslardan üçünü bir neçə saat içində həbs etmişdilər.

Dördüncüsü isə bu ay Neymeqen şəhərində polisin əlinə düşmüşdü.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri