23 
Yan
2020
13:03
34
167
7129
Virtual karabakh

Dəhşətli virus Rusiyanın ikinci paytaxtında - FOTO

23 Yan, 2020
13:03
7129

Dəhşətli virus Rusiyanın ikinci paytaxtında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada ölümcül 2019-nCoV koronovirusuna yoluxma ehtimalı ilə iki nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə “Mash” telegram-kanalı xəbər yayıb.

Bildirilir ki, virusa yoluxduğu ehtimal olunan rusiyalı Şanxaydan Krasnoyarsk və Moskvadan keçid etməklə Sankt-Peterburqun Pulkovo aeroportuna gəlib.

Onun səhhəti barədə dəqiq məlumat verilmir. Ancaq telegram-kanalın məlumatına görə, uçuş zamanı onun temperaturu birdən-birə 38 dərəcəyə yüksəlib.

Müdafiə kostyumunda olan həkimlər onu xüsusi hermetik “günbəzli” yataqda aparıblar.

“Baza” telegram-kanalı bununla bağlı görüntüləri paylaşıb.

Kişinin olduğu aeroport isə xüsusi xlor tərkibli məhlulla təmizlənib.

Klinikaya yerləşdirilən digər sərnişin isə Çin vətəndaşıdır.

Hər iki şəxsdə eyni simptomlar müşahidə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri