24 
Yan
2020
21:53
158
90
9331
Virtual karabakh

Almanlar Leninqrad blokadasına görə Rusiyaya bu qədər təzminat ödəyəcək

24 Yan, 2020
21:53
9331

Almanlar Leninqrad blokadasına görə Rusiyaya bu qədər təzminat ödəyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Leninqrad blokadasının aradan qaldırılmasının 75-ci il dönümü ilə əlaqədar Almaniya Rusiyaya 12 milyon dollar (təxminən 20 milyon manat - red.) təzminat ödəyəcək.

Almaniya tərəfinin “Humanitar jest” adlandırdığı kompensasiyanın gəlirləri İkinci Dünya müharibəsi veteranlarının Sankt-Peterburqda müalicə aldığı xəstəxananın yenilənməsinə və Neva çayı üzərində rus-alman ictimaiyyəti nümayəndələrinin görüşünün təşkili üçün nəzərdə tutulan mərkəzin tikintisinə sərf olunacaq.

“Kommersant” nəşri məlumat verir ki, məbləğin böyük hissəsi hər il 35 min veteranın müalicə aldığı hospitalın yenilənməsinə xərclənəcək.

Sazişin gələn həftənin əvvəlində imzalana biləcəyi qeyd olunur.

Qeyd edək ki, Böyük Vətən müharibəsi zamanı indiki Sankt-Peterburq şəhəri alman-fin qoşunları tərəfindən 872 gün mühasirədə olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri