26 
Yan
2020
04:07
31
679
12535
Virtual karabakh

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artdı - YENİLƏNİB/VİDEO

26 Yan, 2020
04:07
12535

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artdı - YENİLƏNİB/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə zəlzələ nəticəsində ölənlərin  sayı 31 nəfərə çatıb.

Bu barədə “Anadolu” agentliyi xilasetmə xidmətlərinə istinadən məlumat verir.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Daha öncə 29 nəfərin həlak olduğu, xəsarət alanların sayının isə 1466 nəfərə çatdığı bildirilirdi.

 

22:20 (25.01.2020)

Türkiyənin Elazığ şəhərinin Sivricə bölgəsində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir.

“Anadolu” agentliyinin məlumatına görə, hazırda ölənlərin sayı 29 nəfərə, xəsarət alanların sayı isə 1466 nəfərə çatıb.

Bu ana kimi 43 nəfər dağıntılar altından sağ çıxarılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri